ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin aprel ayında ABŞ federal büdcəsinə gömrük rüsumlarından daxilolmalarda əhəmiyyətli artım qeydə alıb.
Bakupost.az -ın Bloomberg-ə istinadən məlumatına görə, mart ayı ilə müqayisədə gəlirlər 60%-dən çox artıb.
Sıçrayış Tramp administrasiyası tərəfindən qəbul edilən yeni tariflər, o cümlədən polad və alüminium idxalına rüsumların 25% artırılması (martın 12-də qüvvəyə minmiş) ilə bağlıdır.
İlkin hesablamalara görə, aprel ayında yeni tariflər federal büdcəyə təxminən 15,4 milyard dollar gəlir gətirib.
Zaur,BakuPost