Ru
16:23 / 16 Aprel 2025

Tarix yenidən yazılır: Arxeoloqlar Lynkosun izinə düşdü

Tarix yenidən yazılır: Arxeoloqlar Lynkosun izinə düşdü
Eye

Arxeoloqlar Şimali Makedoniyanın Crnobuki kəndi yaxınlığında qədim Lynkos şəhərinin izlərini tapdıqlarını düşünürlər.

Bakupost.az xəbər verir ki, bu barədə "Euronews" bildirib.

Bu ərazi əvvəllər Roma hücumlarına qarşı hərbi post kimi qiymətləndirilsə də, son araşdırmalar onun Makedoniyanın qədim paytaxtlarından biri olduğunu ortaya çıxarıb.
Lynkos, eramızdan əvvəl VII əsrdə müstəqil Lynkestis bölgəsinin mərkəzi olub və məşhur fateh İsgəndər Zülqərneynin nənəsi Evridikenin doğulduğu yer sayılır.

Şəhər daha sonra onun atası II Filip tərəfindən Makedoniya Krallığına birləşdirilib.
Yeni texnologiyalar – radar və LiDAR – vasitəsilə aparılan qazıntılar nəticəsində 7 akr ərazidə akropolis, Makedon teatrı, tekstil emalatxanası və müxtəlif dövrə aid alətlər aşkarlanıb. Tapıntılar şəhərin bürüncnz dövründən etibarən məskunlaşdığını göstərir.
Alimlər bu kəşfin, Makedoniya tarixindəki siyasi və ticarət şəbəkələrinə dair önəmli ipucları verdiyini və qədim Avropa sivilizasiyalarının öyrənilməsində böyük rol oynayacağını bildirirlər.

Cavidan Salmanov, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar