Ru
17:04 / 31 Mart 2025

Tarixçi Şamaxıdakı soyqırımı barədə: "Vədlərindən iki gün keçməmiş, Mart hadisələri baş verdi"

Tarixçi Şamaxıdakı soyqırımı barədə: "Vədlərindən iki gün keçməmiş, Mart hadisələri baş verdi"
Eye

Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti genişmiqyaslı aktı - 31 Mart soyqırımından 107 il keçir.

Bakupost.az xəbər verir ki, Şamaxıda törədilən qətliamlardan danışan tarixçi Vasif Şıxıyev qeyd edib ki, soyqırımı, əslində, ilk olaraq buradan başlayıb:

"Novruz bayramından bir neçə gün öncə Şamaxıda rus malakanlar və ermənilərin iştirakı ilə xristianlarla görüş təşkil edilir. Ermənilərin nümayəndəsi keşiş Baqrat, rusların nümayəndəsi isə Karabanov adlandırılan şəxs idi. Onlar müqəddəs hesab etdikləri İncilə əllərini basıb and içmişdilər ki, Cənubi Qafqazın digər bölgələrində nə olursa-olsun, Şamaxıda müsəlmanlarla xristianlar dinc şəraitdə yaşayacaqlar. Verdikləri vəddən iki gün belə keçməmiş Mart hadisələri baş verdi".

Rayonun Əngəxaran kəndində baş verən qırğınlardan danışan sakin Rafael Tağızadə bildirib ki, burada 510 nəfər vəhşicəsinə qətlə yetirilib:

"Onlardan 88 nəfəri əsir götürülərək Çuxuryurd kəndinə aparılıb. Yolda 12 nəfəri də öldürüblər".

Daha ətraflı Baku TV-nin videomaterialında:



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar