ABŞ-nin keçmiş prezidenti, hazırda prezidentliyə namizəd Donald Tramp dünyanın yaxın gələcəyi haqqında qorxunc proqnozlar verib.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, o, dünyanın hazırda Üçüncü Dünya müharibəsinin yeni mərhələsində olduğunu bildirib.
Trampın sözlərinə görə, indiyədək heç bir savaşa bənzəməyən müharibə olacaq.
“Artıq irəli-geri sürülən və bir-birinə atəş açan tanklar yoxdur. İndikilər məhvedici silahlardır. Dünya indiyə qədər heç vaxt yaşamadığı beynəlxalq böhran yaşayır. Avropada və Yaxın Şərqdə müharibə tüğyan edir. Tayvan, Koreya, Filippin və bütün Asiyada qarşıdurma qorxusu dolaşır", - deyə Tramp bildirib.
Zaur
BakuPost