Ru
13:08 / 27 Yanvar 2025

“Tarqovu”da restoran tərəfindən artırılan qanunsuz tikili sökülüb - FOTO

“Tarqovu”da restoran tərəfindən artırılan qanunsuz tikili sökülüb - FOTO
Eye

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Başı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonunun Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya Komitədən bildirilib.

Qeyd olunub ki, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə əlavə artırma işlərinin aparılması ikinci belə haldır. Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınıb. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.

Əlavə edək ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar