Ru
21:27 / 23 Yanvar 2025

Tbilisidə aktyorlar da etiraza başladı

Tbilisidə aktyorlar da etiraza başladı
497

Tbilisidə "Yeni Teatr"ın qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində Gürcüstan parlamentinin binasına doğru gediblər.

Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 23-də Tbilisinin mərkəzində, Ağmaşenebeli prospektində yerləşən "Yeni Teatr"ın aktyor və rejissorları binanın qarşısındakı səhnədə çıxış edərək hakimiyyətin hərəkətlərinə etirazlarını bildiriblər. Onlar mitinqlərdə saxlanılanların, onların arasında olan teatr aktyoru Andro Çiçinadzenin də azad edilməsini tələb ediblər. Sənətçilər etiraz aksiyaları keçirmək üçün bölgələrə səfər etmək niyyətlərini açıqlayıblar. Teatr işçilərinin aksiyası zamanı Ağmaşenebeli prospektində nəqliyyatın hərəkəti kəsilib. "Yeni Teatr"dakı tamaşadan sonra toplaşan vətəndaşlar bir neçə kilometr aralıda yerləşən Rustaveli prospektindəki parlament binasına tərəf yollanıblar.

Tbilisidə etirazlar baş nazir İrakli Kobaxidzenin ötən il noyabrın 28-də ölkə hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması prosesini dondurduğunu bəyan etməsindən sonra başlayıb. Etirazların ilk həftəsi ən gərgin həftə olub, lakin sonra aksiyalar dinc xarakter alıb. Onlar hər gün parlament binasının qarşısında keçirilir və gecə yarısı başa çatır.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar