Ru
21:12 / 12 Dekabr 2024

Tbilisidə etirazçılar yenidən toplaşdı

Tbilisidə etirazçılar yenidən toplaşdı
Eye

Gürcüstanın paytaxtı Tbilisidə etirazlar 15-ci gündür davam edir.

Bakupost.az xəbər verir ki, etiraz üçün vətəndaşlar yenidən Rustaveli prospektinə toplaşır.

Gürcüstanlılar hökümətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dondurmaqla bağlı qərarına etiraz edirlər.

Bu gün etiraz əlaməti olaraq parlamentin qarşısına toplaşan mitinq iştirakçılarına incəsənət və informasiya texnologiyaları sahəsinin nümayəndələri də qoşulub.

Əldə olunan məlumata görə, saat 21:00-da müxtəlif ölkələrdən Avropa Parlamentinin deputatları da gələcək. Onların Rustaveli prospektində toplaşan insanlara müraciət edəcəyi gözlənilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar