2005-ci il təvəllüdlü şəxs aprelin 21-də saat 13:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə hospitalizasiya olunub.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 30 həftəlik hamilə olan pasiyentin vaxtından əvvəl doğuşu baş tutub. Ağır vəziyyətdə doğulan körpənin cinsi kişi, çəkisi 1 kq. 800 qr. olub.
Küvəz rejimində müalicəsi davam etdirilən yenidoğulmuş CPAP rejimində respirator dəstək alıb. Aparılan reanimasiya tədbirlərə baxmayaraq, yenidoğulmuşun hemodinamikasını bərpa etmək mümkün olmayıb və aprelin 21-də saat 21:00 radələrində ölüm faktı qeydə alınıb.