Ru
17:27 / 27 Mart 2025

TƏBİB Tovuzdan Bakıya gətirilən körpənin durumunu açıqladı

TƏBİB Tovuzdan Bakıya gətirilən körpənin durumunu açıqladı
Eye

"Körpənin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır"

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2024-cü il təvəllüdlü azyaşlı 25.03.2025-ci il tarixində Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub.

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Xatırladaq ki, 17.03.2025-ci il tarixində saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlı polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar