Ru
15:00 / 17 Mart 2025

TƏBİB: "Xızıda xəsarət alanlar Bakıdakı tibb müəssisəsinə təxliyə olunub" - YENİLƏNDİ

TƏBİB: "Xızıda xəsarət alanlar Bakıdakı tibb müəssisəsinə təxliyə olunub" - YENİLƏNDİ
Eye

Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17.03.2025-ci il tarixində saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardımlar göstərilib.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

2 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.

Xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.

****

12:10

Xızının prokuroru yol qəzasına düşüb.

Bakupost.az xəbər verir ki, "Toyota” ilə “Niva” markalı avtomobil toqquşub.

"Toyota" markalı avtomobildə olan rayon prokuroru Xəyalə Aslanova qəza nəticəsində xəsarət alıb.
Hazırda Xəyalə Aslanova və qəzada zərərçəkən şəxslər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar