Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:27 / 17 Oktyabr 2024

Təcili tibbi yardım pullu olacaq? - TƏBİB sədrindən açıqlama

1542

Azərbaycanda yaxın illərdə təcili tibbi yardım xidmətinin pullu olması barədə dolaşan xəbərlərə aydınlıq gətirilib.

TƏBİB sədri Vüqar Qurbanov bununla bağlı Bakupost.az -ın sualını cavablandırıb:

"Vətəndaşlara təcili təxirə salınmaz yardım bütün dünyada icbari tibbi sığorta ilə qarşılanır və dövlətin birmənalı olaraq pulsuz tibbi xidmətidir. Amma gələcəkdə təcili tibbi yardımı əsassız çağırıb, hər hansı problemini həll etmək istəyənlərə bu xidmət ödənişli ola bilər.

Çünki təcili olmayan hallarda, məsələn, ayağım ağrıyır, başım ağrıyır kimi məsələlərə görə təcili tibbi yardımı çağırmaq olmaz. Belə çağırış zamanı İTS xərcləri düzgün xərclənmir. Ona görə beynəlxalq praktikada belə çağırışlar ödənişlidir. Növbəti ildə təcili tibbi yardımın ödənişli olması gözlənilmir. Bu xidmət tam ödənişsizdir" .

Aygün, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar