Tehranda Haniyə üçün dəfn mərasimi keçirilir - VİDEO
3896
Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmail Haniyənin dəfn mərasimi başlayıb.
Bakupost.az İran KİV-lərinə istinadən xəbər verir ki, mərasim Tehran Universitetində keçirilir.
Mərasimdə on minlərlə insan iştirak edir. İran lideri Xamenei cənazə namazını qılıb.
Dəfn mərasimində “ABŞ və İsrailə ölüm” şüarları səsləndirilib.
Hücum zamanı Haniyənin mühafizəçilərindən biri də öldürülüb. İran mətbuatında hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.
Xatırladaq ki, Haniyənin İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak üçün Tehrana gedib. Mərasimdən sonra Haniyənin Tehrandakı iqamətgahı atəşə tutulub.
Qeyd edək ki, Haminəyinin nəvəsi və oğulları da aylar dünyasını dəyişiblər.
İsrail mətbuatının yazdığına görə, “Haniyənin oğullarına sui-qəsd İsrail ordusu və kəşfiyyatının əməkdaşlığı ilə həyata keçirilib”.
Haniyə 6 may 2017-ci ildə HƏMAS-ın Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.