Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva İyulun 7-də keçirilmiş qəbul imtahanında 700 bal toplayan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin məzunu Şəbnəm Novruzova ilə görüşüb.
Bakupost.az xəbər verir ki, görüş zamanı Şəbnəm Novruzova imtahanın onun üçün əla keçdiyini 700 bal toplayacağını gözlədiyini qeyd edib.
Təhsilini ADA Universitetində Maliyyə ixtisası üzrə davam etdirmək istəyən Şəbnəm bir daha bu yolda ona dəstək olanlara öz minnətdarlığını bildirib.
İdarə müdiri bir daha Şəbnəmi belə yüksək nəaliyyətinə görə təbrik edərək, ona gələcək təhsil həyatında və fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal yığıb.
O, qəbul imtahanının I cəhdində 393 (ümumi olaraq 693) bal toplamışdı. Abituriyent daha sonra qəbul imtahanının II cəhdində iştirak edərək 400 bal, 2 imtahanın nəticəsinə əsasən isə 700 bal yığıb.