Ru
14:15 / 19 Sentyabr 2024

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

1149
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin qəbuluna düşə bilməyən şəxs səs-küy saldığı üçün saxlanılıb.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Gəncə sakini S.Hacıyev övladının bağça məsələsini həll etmək üçün Anar Qədiməliyevin qəbuluna gedib.

Lakin icarə müdiri onu qəbul etmədiyi üçün ucadan danışmağa başlayıb. İdarə tərəfindən polisə müraciət edildiyi üçün S.Hacıyev saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.


İşə məhkəmədə baxılıb. O, təhsil idarəsinə getdiyini, müdir Anar Qədiməliyevin qəbuluna düşmək istədiyini, lakin qəbula buraxılmadığını bildirib. S.Hacıyev əsəbləşərək səs-küy saldığını, lakin heç bir nalayiq ifadə işlətmədiyini deyib. Həmçinin qazi olduğunu, himayəsində iki yaşlı uşağının olduğunu və işləmədiyini diqqətə çatdırıb.

Məhkəmənin qərarı ilə, S.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat cərimə edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar