Ru
12:45 / 18 Yanvar 2025

Tələbə 30 yaşlı oğlanı boğazından bıçaqlayıb öldürdü - Kafedə cinayət

Tələbə 30 yaşlı oğlanı boğazından bıçaqlayıb öldürdü - Kafedə cinayət
Eye

İmişli rayonunda qətl hadisəsi törədilib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Sarxanlı kəndində qeydə alınıb.

Belə ki, 30 yaşlı Vüsal Allahverdiyev kənd ərazisində olan kafedə bıçaqlanaraq öldürülüb. O, boğazından aldığı xəsarətdən vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini 20 yaşlı Fərid Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, Fərid Lənkəran Dövlət Universitetinin II kurs tələbəsidir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar