bp şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.
Bakupost.az xəbər verir ki, memorandum Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “British Petroleum”un Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli tərəfindən imzalanıb.
Qeyd edək ki, memorandum Təhsilin İnkişafı Forumu çərçivəsində baş tutub.