Ru
19:04 / 08 Yanvar 2025

Teleqram istifadəçi məlumatlarını ABŞ-a ötürməyə başladı

Teleqram istifadəçi məlumatlarını ABŞ-a ötürməyə başladı
1101

Teleqram hökumətin 900 sorğusuna cavab olaraq 2253 istifadəçinin məlumatlarını ABŞ hüquq-mühafizə orqanlarına təhvil verib. Bu, Teleqramın istifadəçi məlumatlarını təqdim etmə siyasətindəki dəyişiklikdən sonra əvvəlki illərlə müqayisədə ciddi artım kimi qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Bleeping Computer” nəşri məlumat yayıb.

Teleqramın 2024-cü ilin 1 yanvarından 13 dekabrına qədər olan şəffaflıq hesabatına görə, əvvəlki illərdə platforma yalnız terrorizm hallarında (IP ünvanları və telefon nömrələri) məlumat verirdi və 2024-cü ilin 30 sentyabrına qədər yalnız 14 sorğuya cavab verərək 108 istifadəçi barədə məlumat vermişdi. Lakin siyasət dəyişdikdən sonra Teleqram artıq hüquq-mühafizə orqanlarına cinayət fəaliyyətləri ilə əlaqədar digər hallarda, o cümlədən kibercinayətkarlıq, qeyri-qanuni malların satışı və onlayn fırıldaqçılıqla bağlı məlumat təqdim edir.

Məxfilik siyasətindəki dəyişikliklər, Fransada Teleqramın qurucusu və baş direktoru Pavel Durovun avqust ayının sonunda həbs olunmasından sonra baş verib. Durova kibercinayətkarlıq, təşkilatlanmış fırıldaqçılıq, qeyri-qanuni materialların yayılması və əməliyyat-axtarış tədbirlərində kömək etməmək ittihamları irəli sürülüb.

Siyasət dəyişiklikləri, bir sıra kibercinayətkar qrupların Teleqram-dan çıxacaqlarını elan etməsinə səbəb olsa da, KELA şirkətinin məlumatlarına görə, kibercinayətkarlıq mənzərəsində hələlik ciddi dəyişikliklər müşahidə olunmayıb. Yəni hakerlər və fırıldaqçılar hələ də Teleqram-dan kommunikasiya platforması kimi fəal şəkildə istifadə etməyə davam edirlər.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar