Ru
15:41 / 07 Yanvar 2025

"Ter-Petrosyan Ermənistanda mühakimə oluna bilər” - Sahib Məmmədov

"Ter-Petrosyan Ermənistanda mühakimə oluna bilər” - Sahib Məmmədov
1331


“1988-1994-cü illərdə Azərbaycan xalqına qarşı törədilən bütün müharibə cinayətlərinə, o cümlədən Ermənistan ərazisindən azərbaycanlı əhalinin zorakı deportasiyasına, Xocalı soyqırımı və etnik təmizləmə məqsədi ilə təşkil olunan digər kütləvi qətillərə rəhbərlik edən şəxs Levon Ter-Petrosyan olub. O, həm Ali Baş Komandan, həm də siyasi rəhbər olaraq bütün bu cinayətlərə görə birbaşa məsuliyyət daşıyır”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.


O bildirib ki, Petrosyanın əməlləri Beynəlxalq Cinayət Məhkəməsinin Statutu qüvvəyə minməzdən əvvəl baş verib. Əlbəttə, Ermənistan İCC-nin tərəfi olsa da, müharibə cinayətləri törətməkdə təqsirkar olan Petrosyanı mühakiməyə göndərməyəcək. "Amma o, törətdiyi cinayətlərə görə Ermənistanda mühakimə oluna bilər. Ya da özümüz tutub gətirib burda mühakimə etməliyik”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar