Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:35 / 23 İyul 2024

Terror təşkilatları fəallaşır: "Hücrələrdən çıxmağa başlayıblar" - ŞƏRH

2190
“Moskva vilayətində bu ilin mart ayında yüzlərlə insanın ölümünə səbəb olan "Crocus City Hall"da baş vermiş terror aktından sonra İŞİD terrorçu təşkilatının imkanları araşdırılmağa başlanılıb”.





Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O, İŞİD terrorçularının Rusiyada növbəti terror aktı planlaşdırdığını qeyd edib:

“Terror aktına görə məsuliyyəti “Vilayət Xorasan” üzərinə götürsə də, bu terrorçu təşkilatın İŞİD-lə bağlılığı xəbərləri yayıldı. Bundan sonra yayılan xəbərdə Türkiyənin xüsusi xidmət orqanlarının rusiyalı həmkarlarını xəbərdarlıq etdiyi və terrorçuların Moskvada "Crocus City Hall" ticarət mərkəzinə hücumdan sonra ikinci terror aktını planlaşdırdıqlarını müəyyənləşdirdilər. Növbəti terror aktının qarşısı alındı. Qarşısı alınan terror planları göstərir ki, terrorçu təşkilatlar fəallıqlarını artırıblar. Bu arada, "Əl-Qaida" terror təşkilatının da fəallaşmağa başladığı barədə xəbərlərin sayı artıb. Bəzi ekspertlər bu terrorçu təşkilatın Əfqanıstan və Pakistan ərazisində fəaliyyətinin azaldığı bildirilsələr də, Qərb mətbuatında "Əl-Qaida" üzvlərinin fəallaşmağa meylli olduğu barədə müxtəlif yazılar dərc olunub. Görünür, "Əl-Qaida" İŞİD və ya “Vilayəti Xorasan”ın “gerisində” qalmaq istəmir. Amerikalı hərbçilər "Əl-Qaida" lideri Üsamə bin Ladeni Pakistanın Abbottabad şəhərində öldürdükdən sonra Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi Pakistanda və Əfqanıstanda təşkilatın digər üzvlərini də neytrallaşdırmağa çalışırdı. Terrorçular liderlərinin ölümündən sonra fəaliyyətlərini dondursalar da, yatmış hücrələrin yenidən üzə çıxacaqları təhlükəsi var. "Taliban" Əfqanıstanın tamamına nəzarət edə bilmədiyinə görə, "Əl-Qaida" bundan istifadə etməyə çalışır. Birləşmiş Millətlər Təşkilatının yaydığı son hesabata görə, "Əl-Qaidanın" Qəndəhar əyalətində fəallaşdığı, digər əyalətlərdə isə düşərgələr yaratmağa çalışdığı bildirilib. Terrorçu təşkilatların fəallaşmasına müxtəlif ərazilərdəki lokal və genişmiqyaslı müharibələr də şərait yaradır. Beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsinə, İsrailin Qəzzada hərbi əməliyyatına yönələrkən terrorçular yatmış hücrələrdən çıxmağa çalışırlar”.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar