Ru
12:35 / 27 İyun 2024

Tərtərdə kanalda qadın meyiti tapıldı

926
Tərtərdə su kanalında qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Bakupost.az -a rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, iyunun 26-da saat 17 radələrində Tərtər şəhəri ərazisindən keçən su kanalında Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər