Ru
13:38 / 04 Mart 2025

Tərtərdə qanunsuz tikili söküldü - Video

Tərtərdə qanunsuz tikili söküldü - Video
Eye

Tərtər rayonunun Buruc kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş Aynurə Məmmədova tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.




Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar