Ru
01:20 / 31 İyul 2024

"Tesla" 2 milyona yaxın avtomobili geri çağırdı

"Tesla" 2 milyona yaxın avtomobili geri çağırdı
1976

İyun ayında “Tesla” şirkəti kapot qapaqları ilə bağlı problemlər səbəbindən elektrik avtomobillərini kütləvi şəkildə geri çağırmağa məcbur olub.

Bakupost.az xəbər verir ki, bu barədə “Ars Technica” nəşri məlumat yayıb.

Ümumilikdə şirkət son dörd ildə istehsal edilən 1,85 milyon ədəd “3”, “S”, “X” və “Y” modellərini bir aydan az müddətdə geri çağırıb.

Problem ilk dəfə mart ayında çinli “Tesla” sahiblərinin kapotun özbaşına açıldığına dair şikayətindən sonra məlum olub.

Araşdırma zamanı məlum olub ki, problem kapotun kilid açarının deformasiyası ilə bağlıdır. Bu da öz növbəsində müştərilərin kapotun açıq olması barədə bildirişlər almasına mane olur.

Vurğulanıb ki, problem kapotun qapağı ilə əlaqəli olsa da, proqram yeniləməsi ilə həll edilə bilər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar