Aktau şəhəri yaxınlığında aviasiya qəzası nəticəsində həlak olmuş soydaşlarımızdan daha 24 nəfərin nəşləri gətirildi.
Bakupost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
O bildirib ki, onlar Patoloji Anatomiya Birliyinin 3 şöbəsinə aparılacaq: “Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında həlak olanların nəşinin məhkəmə-tibbi müayinəsi aparılacaq, ekspertizası keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə, Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Daha sonra cənazələr dəfn olunacaq ünvanlara aparılacaq”.