Ru
10:24 / 14 Aprel 2025

Təyyarə qəzasında həlak olanların xatirəsi əbədiləşdirildi - FOTOLAR

Təyyarə qəzasında həlak olanların xatirəsi əbədiləşdirildi - FOTOLAR
Eye

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin və sərnişinlərin xatirəsi əbədiləşdirilib.

Bakupost.az xəbər verir ki, Azərbaycan alpinistləri təyyarə qəzasında həlak olan qəhrəmanların adları yazılan anım lövhəsini “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun ərazisində quraşdırıblar.

Anım lövhəsində ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın adları, həmçinin “Həlak olmuş ekipaj heyəti və sərnişinlərin xatirəsinə” sözləri qeyd olunub.

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Təyyarə qəzasında həlak olanların xatirəsi əbədiləşdirildi - FOTOLAR
Təyyarə qəzasında həlak olanların xatirəsi əbədiləşdirildi - FOTOLAR
Təyyarə qəzasında həlak olanların xatirəsi əbədiləşdirildi - FOTOLAR
Təyyarə qəzasında həlak olanların xatirəsi əbədiləşdirildi - FOTOLAR
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar