Ru
15:46 / 22 Yanvar 2025

Təyyarə qəzasında sağ qalan Səlihət ad gününü qeyd etdi - FOTO+VİDEO

Təyyarə qəzasında sağ qalan Səlihət ad gününü qeyd etdi - FOTO+VİDEO
707

AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan zaqatalalı Səlihət Ceerova müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib.

Bakupost.az xəbər verir ki, bu barədə klinikanın mətbuat katibi Nuridə Allahyarova öz sosial şəbəkə hesabında paylaşım edib.

“Xəstəliyə yenik düşənlərimiz üçün üzülüb, qəzadan qurtularaq yaralarına rəğmən həyata tutunanların sevincinə şərik oluruq. Səlihət ağır təyyarə qəzasından möcüzə ilə xilas olan yeniyetməmizdir. Bu gün müalicəsinin davam etdiyi Yeni Klinikada 17 yaşını tamamladı. Gecə ağladıq, səhər isə toparlanıb onun ad gününü qeyd etdik”, - N. Allahyarova bildirib.

Qeyd edək ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Məlumata görə, təyyarədə Zaqataladan 10 nəfər olub. Onlardan 7-si həlak olub, 3-ü isə yaralanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar