Almatı-Karaqanda reysi ilə uçan 16 yaşlı sərnişin dostunda bomba olduğunu iddia edib və uçuşu təxminən 3 saat gecikdirib.
Bakupost.az “Sputnik Qazaxıstan”a istinadla xəbər verir ki, insident aprelin 19-da “FlyArystan” təyyarəsinə minik zamanı baş verib. Nəticədə hamı təyyarədən düşürülüb və yoxlama başlayıb. Lakin məlumat təsdiqini tapmayıb .
Aviaşirkət öz itkilərini hesablayır. “Zarafatcıl” yeniyetmənin valideynləri isə dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib. “FlyArystan” bildirib ki, cərimə üçün alınan vəsait xeyriyyəçilik üçün bağışlanacaq.
Zaur,BakuPost