Ru
11:48 / 26 Aprel 2025

Dava düşdü - Təyyarə təcili Bakıya endi - VİDEO

Dava düşdü - Təyyarə təcili Bakıya endi - VİDEO
Eye

Dubay-Moskva reysi ilə uçan sərnişinlər itaətsiz sərnişini özləri saxlayıblar.

Bakupost.az lent.az-a istinadən xəbər verir ki, kişinin nalayiq davranışı ucbatından təyyarə Bakıya enməyə məcbur olub və təyyarəyə azərbaycanlı polis əməkdaşları cəlb olunub.

Dubay-Moskva reysi Bakıda uğurla eniş edib. Polis qarışıqlıq yaradan şəxsi təyyarənin salonundan çıxarıb.

Təyyarəyə mindikdən dərhal sonra bir neçə polis əməkdaşı gələrək Aleksandrı saxlayıblar. Görüntülərə əsasən, həmin şəxs döyülməsi barədə polisə şikayət edib.

Hazırda polis "Aeroflot"un ekipajını dindirir, qalan sərnişinlər isə təyyarədə oturaraq Moskvaya aparılmağı gözləyirlər. Onlara 30-40 dəqiqəyə uçuş vəd ediblər.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar