Ru
19:28 / 29 Dekabr 2024

Təyyarədə doğulan körpələr: Xüsusi hüquqlar, imtiyazlar...

Təyyarədə doğulan körpələr: Xüsusi hüquqlar, imtiyazlar...
1531

Təyyarədə doğulan uşaqlar xüsusi olaraq qeydə alınır və dünya üzrə bu kimi hadisələr nadir hallarda baş verir.

Bakupost.az xəbər verir ki, Yenisabah.az -a təyyarədə doğulan uşaqlara tətbiq edilən üstünlükləri araşdırıb.

Vətəndaşlıq hüququ:

Təyyarədə doğulan uşaqların vətəndaşlığı, adətən, təyyarənin qeydiyyatda olduğu ölkənin qanunlarına əsasən müəyyən edilir. Əgər uşaq beynəlxalq hava məkanında doğularsa, o, bəzən təyyarənin mənsub olduğu ölkənin və ya valideynlərinin vətəndaşlığını əldə edə bilər.

Ömürlük pulsuz uçuş:

Bir çox hava yolları şirkəti xüsusi jest olaraq təyyarədə doğulan uşağa ömürlük pulsuz uçuş hədiyyə edir. Məsələn, Asia Pacific Airlines bu cür hadisələrdə uşağa ömürlük pulsuz bilet verir. Turkish Airlines və ya Air India isə yalnız müəyyən müddət üçün pulsuz biletlər təqdim edib.

Simvolik tanınma:

Uşağın doğum yerinin rəsmi sənədlərdə qeyri-adi şəkildə qeyd olunması (“hava məkanı üzərində doğulub”) onu fərqləndirir.

Təyyarədə doğum nadir hadisədir, lakin bəzi nümunələr mövcuddur:

1990 – “Asia Pacific Airlines”

Filippin Hava Yollarının təyyarəsində bir uşaq dünyaya gəlib və bu, aviadaşıyıcı tərəfindən böyük marağa səbəb olub. Körpəyə ömürlük pulsuz uçuş hüququ təqdim edilib.

2009 – “Air İndia”

Hindistan hava yollarına aid təyyarədə uçuş zamanı bir uşaq doğulub. Körpə “uçan uşaq” kimi tanınıb və ona pulsuz uçuş biletləri hədiyyə edilib.

2017 – “Jet Airways” (Hindistan)

Səudiyyə Ərəbistanından Hindistana uçuş zamanı bir qadın 10668 metr hündürlükdə doğum edib. Körpəyə aviadaşıyıcı tərəfindən ömürlük pulsuz uçuş imkanı verilib.

2019 – “Turkish Airlines”

Qvineyadan Türkiyəyə uçuş zamanı bir qadın təyyarə heyətinin köməyi ilə sağlam bir uşaq dünyaya gətirib. Hadisə beynəlxalq medianın diqqətini çəkib və həmin il xeyli müzakirə olunub.

2021 – “Uganda Airlines”

Enmə zamanı bir qadın sağ-salamat uşaq dünyaya gətirib. Heyət tərəfindən bütün proses uğurla idarə olunub.

Təyyarədə doğulan uşaqların qeydiyyata alınması:

Doğum zamanı yerin müəyyən edilməsi problemləri səbəbindən uşağın doğum yeri ya təyyarənin uçduğu hava məkanı, ya da təyyarənin endiyi ilk hava limanı kimi göstərilir.

Təyyarə heyəti təcili tibbi yardım təlimi keçir. Uçuş zamanı doğum baş verərsə, hava yolları dərhal təyyarəni ən yaxın hava limanına yönəldir.

Hamilə qadınların təyyarəyə buraxılması ilə bağlı qaydalar hava yolları şirkətindən və ölkə qanunlarından asılı olaraq dəyişir. Ancaq ümumi qaydalar belədir:

36-cı həftədən sonra (təqribən 9-cu ay) əksər hava yolları, hamiləliyin son mərhələsində olan qadınları təhlükəsizlik və sağlamlıq risklərinə görə uçuşa buraxmır.

32-36 həftə arası dövrdə bəzi hava yolları qadından xüsusi icazə tələb edə bilər.

Niyə məhdudiyyətlər qoyulur?

Erkən doğum riski: Hamiləliyin son aylarında təyyarədə təzyiq dəyişiklikləri erkən doğuma səbəb ola bilər.

Tibbi yardım çatışmazlığı: Təyyarədə həkim və tibbi avadanlıq məhdud olduğundan hər hansı təcili vəziyyət çətin idarə olunur.

Uzunmüddətli oturmaq: Uçuş zamanı uzun müddət oturmaq qan dövranı problemlərinə, məsələn, dərin vena trombozuna səbəb ola bilər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar