Ru
14:29 / 25 Dekabr 2024

“Təyyarədə olanlardan 32 nəfəri sağdır” - RƏSMİ

“Təyyarədə olanlardan 32 nəfəri sağdır” - RƏSMİ
1247

“AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi başlanıb”.

Bakupost.az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Aktauda baş verən təyyarə qəzası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaq prosesi davam etdirilir. Cinayət işində bütün versiyalar üzrə işlər aparılır”, - qurum rəsmisi əlavə edib.

Kənan Zeynalovun açıqlamasına görə, hazırkı məlumata əsasən, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar