Ru
12:10 / 26 Dekabr 2024

Təyyarədəki zədələr quşlarla toqquşma izinə uyğun gəlmir - Aviasiya eksperti

 Təyyarədəki zədələr quşlarla toqquşma izinə uyğun gəlmir -  Aviasiya eksperti
1210

Hadisənin mümkün səbəbləri arasında hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyəti və ya raket hücumu ola bilər.

Bakupost.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə dünya mediasında yayılan ekspert rəylərində bildirilir.

“Voll Strit Jurnal”ı Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı bildirib ki, təyyarə son həftələrdə Rusiya HHM qüvvələrinin Ukrayna pilotsuz uçuş aparatları ilə mübarizə apardığı bölgənin üzərindən uçub.

Bəzi aviasiya ekspertləri Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin qəza yerindən yaydığı və “Storyful” tərəfindən təsdiqlənən görüntülərdə təyyarənin quyruq hissəsindəki perforasiyanın raket hücumu və ya HHM sistemlərinin fəaliyyəti nəticəsində yaranmış zədələnməyə oxşadığını bildirib.

“Osprey Flight Solutions” aviasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış şirkətin kəşfiyyat direktoru Mett Bori hadisəni belə qiymətləndirib:

“Qalıqların görüntüləri və Rusiyanın cənub-qərbində hava məkanının təhlükəsizliyi ilə bağlı vəziyyət təyyarənin zenit atəşi ilə vurulmuş ola biləcəyinə işarə edir”.

O, əlavə edib ki, qalıqlarda müşahidə olunan zədələr quşlarla toqquşma izlərinə uyğun gəlmir, bu ehtimalın təsdiqlənməsi üçün tənzimləyici orqanlardan əlavə məlumat tələb olunur.

Rusiya hakimiyyəti dronlara qarşı adətən Pantsir-S1 zenit-raket sistemindən (NATO təsnifatına görə SA-22) istifadə edir. Pantsir-S1 sisteminin fəaliyyət radiusu təyyarəni kruiz hündürlüyündə vurmağa imkan verir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar