"Artıq Rusiya ilə Ukrayna arasında gedən müharibənin həlli istiqamətində ilk addımlar atılıb. Tramp Vladimir Putinlə telefonla danışıb. Detalları müəyyən olmasa da, təbii ki, Tramp müharibənin dayandırılmasında israrlıdır. Əgər Amerika kimi superdövlətin prezidenti bu istiqamətdə ciddi səylər göstərirsə, bu o deməkdir ki, biz tezliklə Ukrayna və Rusiya arasında atəşkəsin imzalanmasının, müharibənin dayandırılmasının şahidi olacağıq".
O bildirib ki, bunun üçün ilk növbədə həm Rusiya, həm də Ukrayna tərəfinin sülhə cəlb olunması, danışıqlar masasına əyləşdirilməsi, bundan sonra isə Amerikanın öz maraqlarını təmin edəcək bir sülh müqaviləsinin imzalanması lazımdır:
“ABŞ uzun müddətdir ki, Ukraynaya böyük yardımlar göndərib. Tramp bu yardımların qarşılığını Ukraynadan tələb edəcək və bu barədə öz bəyanatlarında da səsləndirib. Biz burada ABŞ-nin da maraqlarının təmin olunmasının şahidi olacağıq. Bu baxımdan hesab edirəm ki, Tramp tezliklə Ukrayna və Rusiya arasında sülh müqaviləsinin bağlanmasına nail olacaq".
Sevinc, BakuPost