Ru
17:29 / 03 Fevral 2025

Tibb işçilərinə COVID-lə mübarizədə əlavə ödənişlərin verilmə MÜDDƏTİ UZADILDI

Tibb işçilərinə COVID-lə mübarizədə əlavə ödənişlərin verilmə MÜDDƏTİ UZADILDI
644

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Bakupost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il aprelin 1-dək veriləcək.

Əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar