Gürcüstanın paytaxtı Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb.
Bakupost.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Xüsusi təyinatlılar üç tərəfdən nümayişçilərə doğru irəliləyib. Mitinq iştirakçılarına qarşı güc tətbiq edilmir.
Təhlükəsizlik qüvvələri parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyib.