Ru
11:25 / 07 Dekabr 2024

Tiflisdə gərginlik: etirazçılar parlament binasını atəşə tutdu - VİDEO

Tiflisdə gərginlik: etirazçılar parlament binasını atəşə tutdu - VİDEO
Eye

Gürcüstanda kütləvi etirazlar artıq doqquz gündür davam edir. Qısa fasilədən sonra etirazçılar yenidən aktiv mübarizəyə başlayıblar.

Bakupost.az RenTV-ə istinadən xəbər verir ki, aksiyalar yalnız Tiflislə məhdudlaşmır, ölkənin digər böyük şəhərlərində də keçirilir.

Paytaxt Tiflisdə etirazçılar parlament binasını fişənglərlə atəşə tutublar. Polis artıq kütləvi həbslər həyata keçirir.

Bununla yanaşı, yayımlanan videolardan birində etirazçılar zamanı bir nəfərin tapança ilə görüntülənməsi diqqəti çəkib. Lakin odlu silahdan istifadə edilməsi barədə rəsmi məlumat daxil olmayıb.

Səhər saatlarında xüsusi təyinatlılar Rustaveli prospektində aksiyaya müdaxilə edərək, etirazçıları dağıtmağa müvəffəq olublar. Lakin Tbilisinin digər ərazilərində gərginlik hələ də davam edir.


Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar