Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:22 / 28 Oktyabr 2024

Tiflisdə mitinq başa çatdı - Etirazçıların bir qismi meydanda qaldı - FOTO+VİDEO

619
Tbilisidə seçkilərin nəticələrinə etiraz olaraq müxalifətin parlament binası yaxınlığında keçirilən mitinqi insidentsiz başa çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, mitinqin təşkilatçıları artıq tədbirin rəsmi hissəsinin başa çatdığını elan ediblər. Avropa İttifaqının himni səsləndirilib, bundan sonra insanlar dağılışmağa başlayıb, lakin onların bəziləri parlamentin yaxınlığında və ona bitişik küçələrdə qalmaqda davam edir.
Gürcüstanın qanunverici orqanının yerləşdiyi Rustaveli prospekti bağlı olaraq qalır. Orada polis dəstələri də var.

Qeyd edək ki, bazar ertəsi Tbilisidə parlament binası yaxınlığında parbment seçkilərinin nəticələrinə etiraz olaraq mitinq başlayıb. Mitinqi seçkinin nəticələrinin saxtalaşdırıldığını deyən Gürcüstan prezidenti Salome Zurabişvili çağırıb. Onu müxalifət nümayəndələri də dəstəkləyib. Tədbirdə müxalifət liderləri, keçmiş prezident Giorgi Marqvelaşvili və vətəndaş fəalları çıxış edərək xalqa müraciət ediblər. Mitinqin təşkilatçıları növbəti addımlarını ictimaiyyətə açıqlayacaqlarına söz veriblər.

Oktyabrın 26-da Gürcüstanda ilk dəfə elektron seçki qutuları ilə parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,9% səs toplayıb və qalib gəlib. Hakim partiya hökuməti fərdi qaydada formalaşdırmaq hüququna malikdir. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib: “Dəyişiklik üçün Koalisiya” 10,92 faiz, “Birlik – Milli Hərəkat” partiyası 10,12 faiz, “Güclü Gürcüstan” 8,78 faiz, “Gürcüstan üçün Qaxariya” partiyası isə 7,76 faiz səs toplayıb. Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkinin nəticələrini tanımaqdan imtina edir. Eyni zamanda, Birlik - Milli Hərəkat və Dəyişiklik Koalisiyası parlamentin işini boykot edəcəklərini bəyan edirlər. “Güclü Gürcüstan” da parlamentin işində iştirak etmək niyyətində olmadığını bəyan edib.

Zaur, BakuPost
Tiflisdə mitinq başa çatdı - Etirazçıların bir qismi meydanda qaldı - FOTO+VİDEO
Tiflisdə mitinq başa çatdı - Etirazçıların bir qismi meydanda qaldı - FOTO+VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar