Hansı bank etibarlıdır? - SORĞU
Ru
00:39 / 27 Oktyabr 2024

Tiflisdə müxalifət təcili toplaşdı - Nəticələri qəbul etmirlər?

1682
Gürcüstanın müxalifət partiyalarının liderləri təcili olaraq Tiflisdə “Windham” otelinə toplaşıblar.

Bakupost.az xəbər verir ki, müxalifət rəhbərlərinin MSK-nın açıqladığı hazırki nəticələri qəbul etməyəcəkləri iddia olunur.

Məlumata əsasən, bir neçə dəqiqə sonra müxalif siyasətçilər fəaliyyət planını ictimaiyyətə təqdim edəcəklər.

Bildirilib ki, yarım saatdan sonra brifinq keçiriləcək.

Qeyd edək ki, Gürcüstan MSK-sının rəsmi açıqlamasına görə, səslərin 97%-i sayılandan sonra Gürcü Arzusu 52,99 faiz səslə liderdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar