Ru
21:24 / 02 Dekabr 2024

Tiflisdə yenidən etiraz aksiyaları başladı

Tiflisdə yenidən etiraz aksiyaları başladı
Eye

Gürcüstanın paytaxtı Tiflisdə kaçirilən son parlament seçkilərinin əleyhinə etiraz aksiyaları yenidən başlayıb.

Bakupost.az xəbər verir ki, ötən ayın 28-dən müxaliət tərəfindən başladılan aksiyalar bu gün də davam edir. Aksiyaçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə etməyə başlayıblar.

Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.

Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı bildirilir. Gənclər Gürcüstanın və Avropa İttifaqının bayraqlarını açıblar.

Aksiya iştirakçıları öz ölkələrinin Avropa gələcəyi üçün mübarizəni davam etdirəcəklərini bildiriblər.

Qorinin mərkəzində də etiraz aksiyası keçirilir. Bu dəqiqələrdə toplaşanlar şəhərin küçələri ilə yürüşə başlayıblar.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar