Ru
12:42 / 13 Dekabr 2024

Azərbaycanda sürücü “Tik-Tok”da paylaşdığı videoya görə həbs olundu - VİDEO

Azərbaycanda sürücü “Tik-Tok”da paylaşdığı videoya görə həbs olundu - VİDEO
Eye

Konstruksiya dəyişikliyi etdiyi avtomobilini “Tik-Tok”da paylaşan sürücü həbs edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı şəhər BPİ-nin DYP İdarəsindən məlumat verilib.

Belə ki, paytaxt əraizisində konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ- 2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar