Ru
21:00 / 31 Yanvar 2025

TikTok trendini təkrarlayan məktəbli az qala kor olacaqdı

TikTok trendini təkrarlayan məktəbli az qala kor olacaqdı
Eye 2432

Rusiyanın Ryazan şəhərində N.A.Semaşko adına Regional Klinik Xəstəxananın həkimləri sosial şəbəkələrdəki təcrübəni təkrarlamağa çalışan 11 yaşlı məktəblini kor olmaqdan xilas ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

Xəstəxanadan bildirilib ki, oğlanın gözləri və üzü kimyəvi yanıq xəsarətləri alıb. Məktəbli TikTok-da boru təmizləyici maddəni folqa ilə qarışdırmağı tövsiyə edən trendi təkrarladığını, lakin bu təcrübənin təhlükəli nəticələrə səbəb ola biləcəyini nəzərə almadığını söyləyib.

"Kimyəvi reaksiyanın nəticəsində yaranan maddə onun üzünə sıçrayıb və göz qapaqları ilə göz bəbəklərində ağır yanıqlara səbəb olub" - deyə həkimlər bildiriblər.

Uşaq hazırda ikinci oftalmologiya şöbəsində müalicə alır.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar