Ru
09:59 / 24 Dekabr 2024

Tiktoker həbs edildi - FOTO

Tiktoker həbs edildi - FOTO
Eye

“TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir.

DİN-in Mətbuat Xidmətindən Bakupost.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür.

Belə ki, Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini "TikTok” sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb.

Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar