Ru
22:29 / 07 Fevral 2025

TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO

TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO
599

Fevralın 7-də Astanada, Milli Muzeydə Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondundan Bakupost.az -a verilən məlumata görə, iclasda Fondun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Başçılarının göstərişinə əsasən “Türk Dünyasına Baxış 2040” sənədi və TURKTIME təşəbbüsünün rəhbərliyi altında türk mədəni irsinin dünya arenasında qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində təşkilatın strateji istiqamətləri barədə məlumat verib. Həmçinin, 2024-cü il üzrə Fondun fəaliyyətinə dair ətraflı hesabat təqdim olunub.

Eyni zamanda toplantı çərçivəsində iştirakçılara Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət Planları barədə ətraflı təqdimat keçirilib.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri Aida Balayevanın sədrliyi altında keçirilən Fondun ikinci Şura Toplantısında Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu, eləcə də Türk ölkələri dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

İclasın yekunlarına əsasən, təşkilata üzv ölkələrin nümayəndələri tərəfindən Fondun 2024 – cü il üçün fəaliyyətinin yüksək qiymətləndirilməsi, təşkilatın 2025-2026-cı illər üçün Fəaliyyət Planlarının təsdiq edilməsi daxil olmaqla Protokol imzalanıb.

Qeyd etmək lazımdır ki, Şura toplantısının nəticələri Türk dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında vacib bir addım olacaq, mədəni mirasın qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni bir təkan verəcəkdir.


TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO
TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO
TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO
TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO
TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO
TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO
TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO
TMİF-in ikinci Şura Toplantısı keçirilib - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar