Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya-Azərbaycan münasibətləri ilə bağlı ilginc açıqlamalar verib
Bakupost.az "AzPost.info"-ya istinadla xəbər verir ki, onun fikrincəə, Rusiya-Ukrayna müharibəsində atəşkəs yaxınlaşır.
“Bu, yekun sülh olmayacaq. Ancaq cari və ya təmas xəttinin müvəqqəti dondurulması olacaq. Həm Zelenski, həm də Putin özlərini qalib elan edəcəklər. Bununla belə, həm Ukraynada, həm də Rusiyada “qaliblərin” yeni oyunçularla əvəzlənməsi mövzusu aktuallaşacaq. Ukraynanın siyasi elitası və “Kreml qüllələri” daxilindəki qruplar artıq hakimiyyət uğrunda ölümcül mübarizəyə hazırlaşaraq “gizli” hərəkətlərə başlayıblar”.
T.Zülfüqarov qeyd edib ki, Qərb onlarla təmasda olmaqla, ümidverici siqnallar verir, qarşıdurmanı daha da kəskinləşdirir:
"Təyyarəmizlə baş verən faciə Kremlin və Kremlə yaxın qrupların bundan daxili siyasi mübarizəsində istifadə üçün fona çevrilib. Rusiya mətbuatının idarə olunan “dövlətçi çığır-bağır salanları” və ölkəmizdəki “Rusiya imperiyasına qarşı döyüşçülərin” sinxron şəkildə “oxumasına” baxsaq, söhbət koordinasiya olunmuş çoxsəviyyəli əməliyyatdan gedir. Təbliğat kampaniyasının xarakteri onu göstərir ki, Rusiya xüsusi xidmət orqanlarından olan sifarişçilər Rusiyada, eləcə də Azərbaycanda öz agentlərinə nəzarəti davam etdirirlər. Ona görə də söhbət Rusiya dövlətinin hazırkı rəhbərinə açıq şəkildə meydan oxuyan iddialı və güclü “Kreml qülləsi”ndən gedir".
T.Zülfüqarov Azərbaycan prezidentinin məsələ ilə bağlı mövqeyini açıqladığını da vurğulayıb:
“Azərbaycan Prezidenti öz mövqeyini açıq şəkildə bildirdi. Bizi öz daxili siyasi çəkişmələrinizə qatmağa çalışmayın. Biz tələb edirik ki, təyyarəmizlə bağlı faciə ilə bağlı Rusiyanın mövqeyi yalnız beynəlxalq hüquq çərçivəsində məhdudlaşdırılsın, mövzunu “haqq-hesab çəkmək” mövzusna endirməyə cəhd etməyin. “Kreml Qüllələri” və Qərb oyunçuları başa düşməlidirlər ki, “yeni Priqojinlər” onların problemidir və bizi bu macəraya sürükləməyin mənası yoxdur”.
Zaur, BakuPost