Ru
17:09 / 28 Aprel 2025

Tolik müğənniləri ittiham etdi - VİDEO

 Tolik müğənniləri ittiham etdi - VİDEO
Eye

Teleaparıcı Tolikin (Tarix Əliyev) TikTok-da canlı yayımda həmkarı Aytən Səfərova və Nazilə Səfərli ilə müzakirə zamanı səsləndirdiyi fikirlər diqqətdən yayınmayıb.

Bakupost.az xəbər verir ki, o teleaparıcı kimi heç bir müğənnidən asılı olmadığını deyərək, müğənnilərin ünvanına bir sıra ittihamlar səsləndirib.

Xumar Qədimovanın onun verilişində iştirak etmədiyini xatırladan Tolik sənət adamlarının aparıcılara şərt qoymaqda günahlandırıb:

"Xumar Qədimova verilişimə gəlmədi. Heç vecimə də deyil. Çox istəyirəm, amma onun istədiyi kimi "Vağzalı" oynamadığıma görə verilişimə gəlməyib. Onlar istəyirlər ki, aparıcılara şərt qoysunlar. Eyni söz Sevda Ələkbərzadəyə də aiddir. Ona böyük hörmətim var, amma həmsöhbət kimi verilişimdə görmürəm.

Mənim tamaşaçıma tam başqa mövzular maraqlıdır. Gəlin boynumuza alaq ki, xalqımızın əksəriyyəti qeybətə, qalmaqala meyllidir. Qonşuda dava olanda anamız xalçanı əlində eyvandan çırpır ki, görsün, aşağıda nə baş verir. Gəlin, bunu boynumuza alaq".


Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar