ABŞ prezidenti Donald Tramp Danimarka, Panama və Kanadaya ultimatumlar verdikdən sonra, eyni addımı Rusiya qarşı atmamalıdır. Çünki Rusiya cavab verməyə hazırdır.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy öz teleqram kanalında yazıb.
"Birincisi, Rusiya ilə ultimatum oyunu oynamaq olmaz. Bu, sizə baha başa gələ bilər (Alyaskanı unutmayaq). İkincisi, bu cür oyunları iki nəfər oynaya bilər", - deyə sədr müavini bildirib.
O xatırladıb ki, Brestin cənubunda, qərbində və şimalında əsrlər boyu Rusiyanın tərkibində olan ərazilər var.
Yanvarın 22-də Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Vladimir Putinə müraciət edərək yazıb ki, Rusiya "İkinci Dünya müharibəsində ABŞ-ın qələbə qazanmasına kömək edib və bu, heç vaxt unudulmamalıdır". O, Rusiyanın müharibədəki itkilərinin "təxminən 60 milyon nəfər" olduğunu deyib.
Eyni zamanda, Amerika prezidenti, əgər Rusiya Ukrayna məsələsində razılığa getməzsə, ona qarşı sanksiyalar tətbiq etməklə hədələyib.
Lalə, BakuPost