Ru
11:47 / 03 Mart 2025

“Torpaqlar güzəştə gedilsə, Rusiya dayanmayacaq” - Açıqlama

“Torpaqlar güzəştə gedilsə, Rusiya dayanmayacaq” - Açıqlama
Eye

“Trampın Zelenskini atəşkəsə məcbur etməsi ərazilərin Rusiyaya güzəştə gedilməsinə hesablanıb. O, açıq şəkildə deyir ki, Putin güclüdür və onunla döyüşmək istəmirəm. Halbuki Ukrayna Rusiyanin nə qədər güclü oldğunu üç ildə sübut edib. Proseslər Trampın istədiyi kimi olarsa, bundan sonra Rusiya dayanacaqmı? Əlbəttə, xeyr”.

Bunu Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Putinin əsas planı yalnız Ukraynanı şərqini deyil, bütün ərazisini işğal etmək, NATO-nun 1997-ci il sərhədlərinə geri çəkilməsi, ABŞ və Qərbin postsovet məkanından çıxmasıdır. Zelenski və Avropa ölkələri də bunu yaxşı bilir:


“Tramp və komandası sabah NATO-nun Avropanın şərqindən geri çəkilməsinə, Rusiyanın yenidən postsovet məkanında siyasi təsirinin formalaşmasına razı ola bilər. Amma sərt müqavimətlə qarşılaşacaq. Ümumiyyətlə, Trampin Ukrayna ilə bağlı heç bir planı yoxdur. Tramp və vitse-prezident Vensin Zelenskiyə qarşı qeyri-diplomatik davranışı və təzyiqləri Putinin siyasi davranışlari idi. Zelenski elə bil Ağ Evdə deyil, Kremldə idi. Sanki Tramp Putin, vitse-prezident Vens Ramzan Kadırov obrazında çıxış edirdi. Eyni üslub və danışıq tərzi. Vitse-prezident Vens ABŞ-ın yeni Ramzan Kadırovudur”.

Siyasi şərhçi vurğulayıb ki, Zelenski Ağ Evdə Tramp və vitse- prezidentə master-klas keçdi:

"Tramp öz kabinetində nüfuzunu yerlə bir edərək, Putinin əlinə oynadığını sübut etdi. O, Avropa liderlərindən fərqli olaraq Putinlə sərt danışmir və "onu incitmək olmaz" deyir. Trampın Ukrayna siyasəti fiaskoya uğrayır. Bundan sonra, Böyük Britaniya, Türkiyə və Avropa ölkələri Ukraynaya tam hərbi dəstək verəcək. Çinin də bu xəttə dəstək verməsi istisna deyil”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar