Aprelin 11-də Tovuz rayonu Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan və 2-ci dərs başlayan zaman halı pisləşən 5 şagirdin səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
Bakupost.az xəbər verir ki, Tovuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Musayev və məktəbin direktoru xəstəxanada şagirdləri ziyarət edib, səhhətləri ilə maraqlanıblar. Bildiririk ki, məktəblilər müayinə edilib, hər birinə müvafiq tibbi yardım göstərilib və onlar evə buraxılıblar.
Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.
****
10:31
Tovuz rayonunda məktəblilər dəm qazından zəhərlənib.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kənd orta məktəbində baş verib.
Məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.