Ru
17:02 / 08 Aprel 2025

Tovuzda itkin düşüb tapılan məktəbli sığınacağa verildi

Tovuzda itkin düşüb tapılan məktəbli sığınacağa verildi
Eye

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Tovuzda 13 yaşlı itkin düşən qız tapılaraq ailəsinə verilmişdi.

Bakupost.az xəbər verir ki, yeniyetmə aidiyyəti qurumların müvafiq qərarı ilə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib.

13 yaşlı qıza psixoloji dəstək göstərilməsi və reablitasiya keçməsi üçün işlər gedir.

Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü Aysun Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. Bir gün sonra yeniyetmə Gəncədə tapılıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində yeniyetmənin yeri Gəncə şəhərində müəyyən edilərək ailəsinə təhvil verilmişdi.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar