Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:35 / 17 Oktyabr 2024

Tovuzda şərab zavodunda yanğın lokallaşdırılıb - FOTO/VİDEO + YENİLƏNİB

775
Tovuzda keçmiş Şərab Zavodunun ərazisində baş vermiş yanğın lokallaşdırılıb.

Bakupost.az xəbər verir ki, rayonun Qovlar şəhərindəki keçmiş Şərab Zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq lokallaşdırılıb.

Qeyd edək ki, yanğın nəticəsində tikilinin içərisində olan istifadəyə yararsız çənlər yanıb.

Hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənənlərin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.



10.09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bakjupost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09.45

Tovuzda yanğın hadisəsi baş verib.

Bakupost.az -ınn məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki orada yerləşən şərab zavodunda anidən yanğın olub. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.
Tovuzda şərab zavodunda yanğın lokallaşdırılıb - FOTO/VİDEO + YENİLƏNİB
Tovuzda şərab zavodunda yanğın lokallaşdırılıb - FOTO/VİDEO + YENİLƏNİB
Tovuzda şərab zavodunda yanğın lokallaşdırılıb - FOTO/VİDEO + YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar