Tovuzda yaşayış binasında yanğın başlayıb.
Bakupost.az -ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayonda yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın olub. Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir.
Hadisə yerinə adiyyatı qrumların əməkdaşları cəlb olunub. Bina sakinləri taxliyə edilib.