Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:10 / 24 Oktyabr 2024

Toy hədiyyəsi olan 900 mini qumarda uduzdu - Özünü öldürdü

1187
Rusiyanın Murmansk vilayətində hərbçi onlayn kazinoda toy hədiyyəsi kimi ona verilən 900 min rublu uduzaraq intihar edib.

Bakupost.az -ın “Baza”ya istinadən məlumatına görə, 23 yaşlı Sergey (ad şərtidir) hərbi hissələrdən birində geyim xidmətinin rəisi vəzifəsində çalışıb. İlin əvvəlində o, ailə qurub. Bir müddət sonra Sergey onlayn kazinolarla maraqlanmağa başlayıb. Əvvəlcə kiçik məbləğlər qoyub, sonra artmağa başlayıb. Yazın ortalarına qədər oğlan yarım milyon rubldan çox pul uduzub. Sonda həyat yoldaşı onu daha oynamamağa razı sala bilib.

Ancaq uduzduğunu geri qaytarmaq fikri Sergeyi rahat buraxmayıb. Oktyabrın əvvəlində həyat yoldaşı başqa bir şəhərə oxumağa getdikdən sonra o, vaxt itirməmək, uduzduğu pulu qaytarmaq qərarına gəlir. Bu məqsədlə toy üçün ona verilən pula yenidən oyuna qoşulur və həmin pulları da uduzur.

Oktyabrın ortalarından bəri o, hamı ilə ünsiyyəti kəsir. Ayın 23-də isə həyat yolşı həyəcan təbili çalır: Sergey onun zənglərinə cavab vermir. O, ailə dostları Andreylə (ad şərtidir) Sergeyin yaşadığı ünvana gedib və qapının açıq olduğunu görüb. Mənzildə isə Sergeyin cəsədi ilə qarşılaşıb - o, intihar edibmiş.

Zaur, BakuPost
Toy hədiyyəsi olan 900 mini qumarda uduzdu - Özünü öldürdü
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar